“İNFORMATİKA”
ELMİNİNN TARİXİ, PREDMETİ, MƏQSƏDİ
VƏ
ONUN CƏMİYYƏTDƏKİ ROLU VƏ
VƏZİFƏLƏRİ
(Mühazirə 1)
1.1.
“İnformatika” kursuna giriş
1.2.
İnformatika kursunun məqsədi
1.3.
“İnformatika” elminin predmeti haqqında ümumi məlumat
1.4.
“İnformatika” fənninin əhəmiyyəti və vəzifələri
1.5.
“İnformatika” fənninin əsas tərkib hissələri
1.6.
Elmi tədqiqat
işlərinin yerinə yetirilməsində İKT-nın rolu və yeri
1.7.
İnformatikanın
və İKT-nın digər elm sahələrində tətbiqi
1.8.
İnformatikanın,
hesablama texnikasının və İKT-nın meydana gəlməsi, təşəkkül tarixi və Azərbaycandakı müasir vəziyyəti haqqında
1.1.
“İnformatika”
kursuna giriş
Müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri cəmiyyət
həyatının bütün sahələrinin kompüterləşdirilməsi və iformasiyalaşdırılmasıdır. Təsadüfi
deyildir ki, BMT-nin bütün üzv dövlətlərinin qəbul etdiyi Ücüncü minilliyin səkkiz
inkişaf məqsədindən biri kimi qlobal tərəfdaşlığın inkişaf etdirilməsi
istiqamətində göstərilir ki, informasiya-kommunikasiya texnologiyalarından(İKT)
bəhrələnmək imkanı yaradılmalıdır. İKT cəmiyyətin və iqtisadiyyatın inkişafına
ciddi təsir göstərdiyinə görə dinamik templə sosial və iqtisadi həyatın bütün
sahələrinə tətbiq olunur. Hal-hazırda İKT-nin əhatə dairəsi hökümət
təşkilatlarını, qeyri-hökümət və özəl qurumları, iqtisadi-sosial,
elm-mədəniyyət, ictimai-siyasi, təhsil və s. sahələri əhatə edir. Cəmiyyətin
lazımı informasiyalarla təchiz edilməsinin zəruriliyi artıq hamı tərəfindən
qəbul olunur. İKT-nin inkişafı “biliklər iqtisadiyyatının”, başqa sözlə neftsiz
iqtisadiyyatın qurulmasına təkan verir. Ona görə də Azərbaycanda neft sahəsinə
alternativ İKT sektorunun inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin
vacib istiqamətlərindən hesab olunur.
Hazırda Azərbaycanda bu sahədə çox ciddi tədbirlər işlənməkdə və həyata
keçirilməkdədir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2002-ci ilin fevral ayında
Azərbaycan Respublikası ilə BMT İnkişaf Proqramı(İP) arasında imzalanmış proqram-layihəyə
müvafiq olaraq hazırlanmış “Aərbaycan Respublikasının
ikişafı naminə İKT üzrə Milli strategiya (2003-2012-ci illər)’’-sı Azərbaycan Respublkası
Prezidenti tərəfindən 17 fevral 2003-cü ildə imzalanmış və qarşıdakı onillik dövr
üçün hökümət proqramı statusu almışdır.
Bu proqramın –
İKT üzrə Milli Strategiyanın (İKTMS) yerinə yetirilməsi işi ümumdövlət, ümumxalq
əhəmiyyətinə malik olmaqla cəmiyyət həyatının bütün sahələrində İKT-nin tətbiqini
və onunla əlaqədar yarana biləcək bütün müsbət və mənfi nəticələrin həllini nəzərdə
tutur.
1.2. “İnformatika kursunun məqsədi
İnformatika
fənni təliminin əsas məqsədi insanlarda məntiqi və alqoritmik təfəkkür
tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və
əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik
qarşılaşdıqları problemlərin həlli üçün
tələb olunan zəruri informasiyaları kompyuter vasitəsilə ala bilmələri
sahəsində texniki bacarıq və vərdişlərin
öyrədilməsidir.
Hazırda cəmiyyətin
və onun bütün sahələrinin inkişafı İnternetin artmaqda olan intellektual imkanlarından və informasiya resurslarından
geniş istifadə olunması ilə əlaqədardır.
Ona görə də konkret halda ”İnformatika” kursunun tədrisinin əsas məqsədi və vəzifəsi insanları informatikanın
elm və informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi kompüterlərin və İnternetin müasir vəziyyəti ilə,
eləcə də ən müasir informasiya kommunikasiya texnologiyalarının imkanları və tətbiq dairələri ilə tanış etmək,
onlarda həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaqdır.
1.3. “informatika” elminin predmeti haqqinda ümumi məlumat
İnsanın
informasiyaya münasibəti informasiya emalının avtomatlaşdırılması mümkünlüyündən sonra kökündən dəyişməyə və inkişaf etməyə başlamışdır. Bunun da nəticəsində yaradıcı və mütəxəssis insanların
intelektual fəaliyyətinin məhsulu
kimi informasiya ehtiyatları
sürətlə çoxalmağa başlanmışdır.
İnformatika -
kompüterlərdən və şəbəkələrdən, xüsusən İnternetdən
istifadə etməklə bağlı olan yeni fənn və yeni informasiya sənayesi sahəsidir.
“İnformatika” fənn və elmi istiqamət kimi
kompüterlərin köməyi ilə informasiyanın yığılması, emalı və ötürülməsinin metod,
prinsip və qanunlarını öyrənir.
İnformatikanın
fundamenti (əsası) - hesablama prosesləri və hesablama maşınları, sistemləri, şəbəkələrinin
təşkili haqqında olan hesablama elmləridir.
Akademik B.M.Qluşkovun
və B. S. Mixaleviçin fikrinə görə informatika
kompüterləşdirilmiş informasiya sistemlərinin
fəaliyyətinin layihələşdirilməsinin, işlənilməsinin, yaradılmasının, səmərəliliyinin qiymətləndirilməsinin, onun müxtəlif sahələrdə
tətbiqinin və təsirinin bütün aspektlərini öyrənən kompleks elmdir.
“İnformatika” bir elm sahəsi kimi əsasən son onilliklərdə
formalaşmışdır. İnformasiya və avtomatika sözlərindən yaranmış İnformatika (ingiliscə Informatics)
terminini ilk dəfə fransızlar (1960-ci il) avtomatlaşdırılmış informasiya emalı
sahəsini adlandırmaq üçün istifadə etmişlər. “İnformatika” termini bəzi
hallarda “Kompüter elmləri” (Computer science) termini ilə eyniləşdirilir.
Hazırda “İnformatika” elmi informasiya emalı proseslərinin (informasiyanın
toplanması, ötürülməsi, saxlanması, dəyişdirilməsi, ləğvi və s.) kompüter
texnikası vasitələri ilə avtomatlaşdırılmasından bəhs edən elm sahəsi kimi
formalaşmışdır.
İnformasiya (latınca
informatio) ifadə olunma formasından
asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və
s. haqqında olan məlumat və biliklərdir Biliklər isə müəyyən faktlar və onlar
arasındaki asılılıqlar şəklində ifadə olunur.
İnsanlar min
illər ərzində çox boyük həcmli informasiyalar toplamış və onları müxtəlif üsul
və vasitələrlə saxlamışlar.
İnformasiyanın 1) faydalılıq, 2) tamliq, 3)
həqiqilik, 4) qiymətlilik, 5) təzəlilik və s. kimi xassələri vardır.
İnformasiyalar yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə
formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla
bilər.
İnformasiyaları hər hansı əlifba simvollarının köməyi ilə ifadə etmək və
onu digər əlifbaya da keçirmək olar.
İnformatikada
fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə ifadə olunur.
“Verilənlər” (ingiliscə data) texniki vasitələrlə saxlanması,
emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan)
məlumatdır.
İnformasiyanı
ölçmək üçün ən minimal informasiya vahidi kimi bit (ingiliscə binary
digit sözundən) qəbul edilmişdir.
Praktikada isə əsasən aşağıdakı daha
böyük informasiya ölçü vahidləri işlədilir:
1 Bayt=8
bit; 1 Kb = 1024 bayt = 210 bayt; 1 Mb= 1024 Kb = 220 bayt; 1Gb= 1024 Mb = 230bayt; 1Tb = 1024 Gb = 240bayt;
İnformasiya prosesləri və onların
avtomatlaşdırılması. Kompüter
texnikasının yaranması və inkşafı nəticəsində informasiya proseslərinin
avtomatlaşdırılması daha da sürətlənmişdir.
İnformasiyanın ötürülməsi. Toplanan
informasiyanın emal edilməsi üçün o, simli və ya simsiz rabitə
kanalları ilə emal vasitələrinə ötürülməlidir.
İnformasiyanın saxlanması. İnformasiya emal edilməzdən əvvəl və sonra müasir
kompüterlərdə istifadə olunan daşıyıcılarlda - maqnit və lazer disklərində və qurğularıında saxlanır.
İnformasiya axtarışı və emalı.
İnformasiyanın emalı qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün
əvvəlcədən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur.
Aftomatlaşdırılmış üsulla kompüterdə emal olunan informasiya istifadəçilərə
adətən kompüterin xarici qurğuları ilə (monitor, printer, qrafikçəkən qurğu və
s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.
Qeyd
olunmalıdır ki, son illərdə “İnformatika” termini əvəzinə “Kompüter
texnologiyası” və ya “İnformasiya texnologiyası” terminlərindən daha çox istifadə olunur.
“Texnologiya” yunan sözü
olub (techne (bacarıq)+logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı,
istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında
biliklər toplusu deməkdir. Bu nöqteyi-nəzərdən
kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının
aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir.
İnformasiya
texnologiyası - informasiya
ehtiyatlarından istifadə olunması proseslərini asanlaşdırmaq, onların etibarlığını
və operativliyini çoxaltmaq məqsədilə informasiyanın toplanması, ötürülməsi,
saxlanması, emalı və istifadəçilərə çatdırılmasını təmin edən və vahid texnoloji
zəncirdə birləşdirən metodlar, istehsal prosesləri və texniki-proqram
vasitələri toplusudur.
İnformatika,
eləcə də İnformasiya texnologiyaları
elmi inkişaf etdikcə yeni-yeni elmi terminlər, anlayışlar da meydana gəlmiş və
gündəlik həyata daxil olmuşdur. Bunlara misal olaraq: İnfokommunikasiya,
informasiya infrastrukturu, informasiyalaşma, informasiya mühiti, informasiya
cəmiyyəti, informasiya resursları və xidmətləri, biliklər bazası, audio-video konfrans,
telekonfrans, axtarış serverləri, relevant informasiya, spam, provayder, host,
çat, meynfreym, LAN, WAN, XML, HTTP və
s. göstərmək olar.
İnformatikanin və IKT-nın yeni elm
sahəsi kimi inkişafi. Hazırda İKT müstəqil və yeni elm sahəsi kimi
formalaşır. İT-ın tədqiqat obyekti informasiya proseslərinin səmərəli təşkili
üsullarıdır, tədqiqat pedmeti isə İT-ın nəzəri əsasları və yaradılması
üsullarıdır.
İT təbiət
elmlərinin tərkibinə daxil olmaqla texniki elm kimi xarakterizə olunur və
fundamental informatikanın bir bölməsidir. Onun nəzəri əsaslarını nəzəri
informatika və ümumi informasiya nəzəriyyəsinin nailiyyətləri təşkil edir.
Kompüter
qrafikası, rahat interfeyslər, multimedia texnologiyaları, geoinformasiya
sistemləri, intellektual
korporativ şəbəkələr, neyroşəbəkə texnologiyaları, tərcümə proqramları, virtual
sistemlər və s. kimi bir çox aktual elmi-praktik problemlər İKT elminin
perspektiv fundamental və tətbiqi tədqiqat istiqamətləridir.
1.4.“İnformatika”
fənninin əhəmiyyəti və vəzifələri
Informatikanın ən mühüm və vacib fənlərdən biri kimi əksər
dünya ölkələrinin təhsil sistemlərində öyrənilməsinə xüsusi diqqət yetirilir.
Informatika insanın zehni inkişafına kömək edir, məntiqi təfəkkürün
formalaşmasında, mühakimə və dərketmə qabiliyyətlərinin yüksəlməsində
əhəmiyyətli rol oynayır.
İnformatika
bir elm sahəsi kimi gündəlik həyatda, dəqiq
və humanitar elm sahələrinin inkişafında, texnika və müasir
texnologiyaların təkmilləşdirilməsi prosesində ortaya çıxan problemlərin
həllində insanların yaxın köməkçisinə çevrilir. İnformatika insanların elmi,
praktiki biliklərinin genişlənməsində, yeni ixtisaslara yiyələnməsində mühüm
rol oynayır.
İnformatika fənni insanları informasiyalaşmış
cəmiyyətdə praktik həyati fəaliyyətə hazırlayır. O, dünyadakı elektron
informasiya resurslarını təhlil etmək bacarıqlarını formalaşdırır.
İnsanların
praktiki fəaliyyətə, əməyə və öz təhsillərini fasiləsiz davam etdirmələrinə
hazırlanması informatikanın, kompyuter savadlılığının və informasiya
mədəniyyətinin aparıcı rol oynamasından, gənclərrin İnformasiya cəmiyyətinə
nəzəri və praktiki hazırlığından, onlara müasir şəraitdə dərketmə üsulları və vasitələrindən
istifadə etməyə şərait yaradılmasından bilavasitə asılıdır. İnsanlar
informasiya mədəniyyətinə, kompyuter savadına yiyələndikcə əmək bacarıqlarını
müəyyənləşdirir, gələcəkdə həyat şəraitini daha səmərəli qurmaq imkanı əldə
edirlər.
1.5.“İnformatika”
fənninin əsas tərkib hissələri
İnformatika
fənni üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün fənnin
əsas məzmununun zəruri hesab edilən aşağıdakı tərkib hissələri mövcuddur:
a)İnformasiya və
informasiya prosesləri. İnformasiya öyrənilən obyektlər və hadisələr
haqqında olan bilik və məlumatları göstərir. Həmin biliklər müəyyən faktlar və
onlar arasındakı asılılıqlar şəklində ifadə olunur.
İnformasiya prosesləri informasiyalar
üzərində yerinə yetirilən müxtəlif proseslərin məcmusu kimi başa düşülür.
İnformasiya proseslərinə müxtəlif təlim prosesində, idarəetmədə qərar qəbul
etmədə texniki layihələrin işlənməsi və s. zamanı baş verən informasiya
çtvrilmələri də aiddir.
İnsan öz fəaliyyəti prosesində
ətraf aləmdən informasiya almadan keçinə bilməz
və bu əsasda onu əhatə edənlərlə
informasiya mübadiləsində olur, həmin proseslərə şüurlu, hərtərəfli və məntiqi yanaşır.
b)Formallaşdirma,
modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdirma.
Kompyuterlərdən
istifadə etməklə obyektin modelinin
qurulması bir neçə zəruri mərhələləri əhatə edir. Formallaşdırma mərhələsində
tədqiqat obyekti haqqında olan nəzəri fikirlər, müvafiq anlayışlar, əsas
təsiredici amillər, inkişaf göstəriciləri, asılılıqlar, qanunauyğunluqlar və s.
əsasında onun konseptual modeli qurulur. Konseptual modelin izahı riyazi
simvolların dilinə çevrilir: yəni obyektin riyazi modeli yaradılır. Riyazi
modelin reallaşdırılması üçün həll alqoritmi
işlənilir və həmin alqoritm proqramlaşdırma dillərinin köməyi ilə kompyuter proqramına çevrilir. Alınmış
kompyuter modelinə tədqiqat obyektinə
aid real informasiyalar daxil edilir və nəticədə obyektin informasiya modeli
alınır. Məhz bu model imkan verir ki, müəyyən dəqiqliklə obyektin vəziyyəti
haqqında real situasiya öyrənilsin, onun
nəticələri proqnoz edilsin və müəyyən eksperimentlər aparılsın.
Proqramlaşdırma
dillərinin köməyilə intellektual xüsusiyyətlərə malik olan bütün kompyuter
proqramlarının yaradılması da riyazi üsul və vasitələrdən istifadə etməklə
həyata keçirilir. Məhz bu cür proqramların meydana gəlməsi ilə də süni
intellekt anlayışı formalaşır. Bu istiqamətdə yaranan intellektual sistemlər
insanın yaradıcı fəaliyyətinin, təxəyyülünün nəticəsi olan biliklərin emalına
əsaslanır.
Qeyri-səlis
məntiq və çoxluq əsasında qurulan həmin modellər, demək olar ki, bütün sahələrdə tətbiq olunur. Qeyri-səlis
modelin giriş informasiyaları qeyri-dəqiq qiymətlər çoxluğudur. Ona gürə də
həmin modellər mürəkkəb və qeyri-müəyyən
şəraitdə özünü yaxşı apara bilir və bir çox sahələrdə tətbiq olunur.
Qeyd edilənlər onu deməyə əsas verir
ki, ətraf aləmdəki müxtəlif tipli,
formalı proseslərin formallaşdırıla bilməsi və onun əsasında obyektin kompyuter
modelinin qurulması, müəyyən proseslərin başvermə ardıcıllığının öyrənilməsi, məsələlərin həlli ardıcıllığının müəyyənləşdirilməsi vacibdir və onsuz
kompyuter vasitəsi ilə yeni məsələlərin həlli mümkün deyildir.
c)Kompyuter, informasiya
və kommunikasiya texnologiyaları və sistemləri. Müasir
kompyuterlər bir-birini tamamlayan iki - texniki təminat hissəsindən
(qurğulardan) və proqram-informasiya təminatından ibarətdir. Kompyuter hər
hansı işi özünün texniki qurğuları vasitəsi ilə proqram əsasında yerinə
yetirir. Onun proqram təminatı
kompyuterin yaddaş qurğularında saxlanılan və kütləvi istifadə olunan
proqramlar toplusundan ibarətdir.
İKT kursuna mətn və qrafiki redaktorlar,
elektron cədvəllər, verilənlər bazası, telekommunikasiya vasitələri, multimedia
texnologiyaları, audio-video konfrans, Internet, informasiya sistemləri və s.
daxildir və onların öyrənilməsi praktik istifadə baxımından böyük əhəmiyyət
kəsb edir.
d)Cəmiyyətin
informasiyalaşdırılması. Cəmiyyətin inkişaf tarixində üçüncü qlobal
sosial-texniki inqilab kimi qeyd olunan
müasir İKT ictimai həyatın informasiyalaşdırılması
prosesi kimi reallaşır.
İnformasiya
cəmiyyəti (İC) quruculuğu və ya başqa sözlə desək Cəmiyyətin
informasiyalaşdırılması ölkənin intellektual potensialından səmərəli istifadə
edərək hərtərəfli inkişafın təmin edilməsi, korrupsiya ilə mübarizə, yoxsulluq
və işsizliyin aradan qaldırılması, cəmiyyətdə aşkarlıq və şəffaflığın bərqərar
edilməsi, bütövlükdə ictimai həyatın
demokratikləşməsi ücün güclü vasitədir.
Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya
mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının
(məsafədən təhsilalma, elektron ticarət, tele iş, elektron demokratiya, elektron hökumət və s.)
meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi
sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı
almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin
edilməsi və s. aiddir.
1.6. Elmi
tədqiqat işlərinin yerinə yetirilməsində ikt-nin rolu və yeri
Elmi
sahələrdə informasiyalaşdırma, kompüter, telekommunikasiya texnologiyalarının
və müasir informasiya sistemlərinin tətbiqi yeni səviyyədə və keyfiyyətdə
biliklərin alınmasını, ümumiləşdirilməsini, yaranmasını və istifadəsini təmin
edir. Alim və mütəxəssislərin zəruri elmi informasiyalarla vaxtında təmin
edilməməsi elmin və sənayenin inkşaf tempinin düşməsinə apara bilər. Bunun
qarşısı isə yalnız ən yeni İKT-dan istifadə etməklə, informasiya fondlarını
elektronlaşdırmaqla almaq olar.
Hazırda
Azərbaycanda ETİ-nin informasiyalaşdıralması, eletron nəşrlər, bir çox
elmi-kütləvi, təhsil, mədəni-maarif və s. tipli saytlar-portallar, tədris
proqramları, informasiya sistemləri, elektron dərsliklər, distant tədris
texnologiyaları yaradılır və istifadə edilir. Əksər sahə və akademik elmi
tədqiqat institutları, kitabxanaları, muzeyləri, arxivləri kompüterləşdirilmiş
və İnternetə qoşulmuşdur. Bununla yanaşı bir çox məsələlərin həlli də həyata
keçirməlidir:
Ø
İnformasiya resuslarının elektronlaşması;
Ø
Müasir informasiya resuslarından alim
və mütəxəssislərin sərbəst istifadə
imkanı;
Ø
Rəqəm kitabxanalar şəbəkəsinin yaradılması və sərbəst istifadə edilməsi;
Ø
ET-da kompüter modelləşdirmənin, statistik təhlil və s. kimi müasir tədqiqat metodlarının tətbiqi;
Ø
Elmi verilənlər bazasına girişin təmini;
Ø
Elmi informasiyaların ümumiləşdirilməsi, sistemləşdirilməsi vasitələrinin işlənməsi;
Ø
İnformasiya mərkəzləri və
fondları arasında səmərəli əlaqənin qurulması;
Ø
Alim və mütəxəssislərin müəlliflik hüququnun tanınması və qorunması;
Ø
Elektron kəşflərin hüquqi statusunun müəyyənləşdirilməsi və s.
1.7. İnformatikanin və ikt-nin digər elm sahələrində tətbiqi
İnformatikanın son dövrlərdəki inkişafı onu hesablama
texnikasının köməyi ilə verilənlərin emalının üsul və vasitələri haqqında olan texniki
bir fənndən, nəinki texniki sistemlərdə, həmçinin təbiətdə və cəmiyyətdə informasiya
və informasiya prosesləri haqqında olan fundamental elmə çevirdi. İnformatika həmçinin
elmlər sistemində birləşdirici funksiyasını yerinə yetirərək bir sıra yeni elmi
istiqamətlərin yaranmasına və inkişafına səbəb olmuşdur.
İnformatikanın çox tətbiq olunan sahələrindən biri iqtisadiyyat olduğundan və iqtisadi sahələrə aid daha çox informasiyaların emalına
xüsisi ehtiyac yarandığından
informatika ilə
iqtisadiyatın çox cəhətli
qarşılıqlı əlaqələrinin öyrənilməsi digərlərindən daha nümunəvi
xarakter daşıyır. Ona görə də burada iqtisadiyyat elminin nümunəsində
İnformatikanın tətbiqi məsələlərinin təhlilinə baxılır. Riyaziyyatın iqtisadiyyata tətbiqi ilə bağlı iqtisadi-riyaziyyatın,
iqtisadi-riyazi üsul və modellərin inkişafı da informatikanın iqtisadiyyatda
tətbiqinə geniş yol açdı və informatikanın xüsisi bölməsi kimi iqtisadi informatika formalaşdı.
İnformatika
və iqtisadiyyat arasında sintez prosesləri daha mürəkkəb xarakter alır. Əvvəla
informatika iqtisadiyyatda tətbiq olunaraq, onun inkişafına təkan verir və
iqtisadi informatika yaranır.
Bundan başqa,
informatika elmi və müasir informasiya texnologiyaları iqtisadiyyata
o qədər nüfuz etmişdir ki, artıq iqtisadiyyat özü də bir elm
olaraq dəyişmiş və yeni anlayışlar meydana gətirmişdir. Belə ki, informasiya texnologiyalarının tətbiqinin müasir səviyyəsi yeni infrastrukturun,
yeni iqtisadi mühitin yaranmasına səbəb olmuşdur ki, bu zaman iqtisadiyyat özü də
yeni forma və məzmun kəsb etmişdir. Bu sahə artıq bazar iqtisadiyyatı anlayışlarına müvafiq olaraq elektron və ya rəqəmsal iqtisadiyyatı adını almağa başlamışdır.
Bunlarla yanaşı iqtisadiyyat özü informatikaya
təsir edir, onu öyrənir, ona iqtisadi
obyekt kimi baxır. Bununla bağlı yaranan problemlərin öyrənilməsi isə informatikanın iqtisadiyyatı bölməsinin
üzərinə düşür.
Son
illərdə isə informatika və ya informasiya
texnologiyaları demək olar ki, cəmiyyətin və elmin bütün sahələrinə kütləvi
şəkildə tətbiq olunmağa başlandığından
onun sahələr üzrə tətbiqi
informatika bölmələri formalaşmağa
başlamışdır. Nəticədə riyazi informatika, nəzəri informatika, texniki
informatika, geoinformatika, tibbi informatika, kimyəvi informatika, bioinformatika,
aqrar informatika, tarixi informatika, sosial informatika, hüquqi informatika,
pedaqoji informatika, siyasi informatika, psixoinformatika və s. kimi elmi sahələr
əmələ gəlmiş və inkişaf etmişdir.
Bununla
yanaşı əks proses də baş verməkdədir.
Yəni informatika müxtəlif sahələrə tətbiq olunaraq həmin sahənin yeni inkişaf
xüsusiyyətlərini, problemlərini meydana çıxardığı kimi, həmin sahələr də öz növbəsində informatikanın qarşısında ona xas olan yeni problemləri yaradır. Misal üçün informatikanın cəmiyyətin
bir çox sahələrində, o cümlədən
hüquq-mühafizə orqanlarında, hüquqşünaslıqda, hüquqi proseslərdə geniş tətbiqi
informasiya texnologiyalarının özünün
hüquqi problemlərini yaratmışdır.
1.8. İnformatikanin, hesablama
texnikasi və ikt-nin meydana gəlməsi, təşəkkül
tarixi və azərbaycandaki müasir
vəziyyəti
Bəşər sivilizasiyası tarixində
informasiya emalı sahəsindəki
köklü dəyişikliklərə müvafiq olaraq bir neçə informasiya inqilabı olmuşdur. Birinci inqilab yazının, ikinci - kitab çapının, üçüncu - elektrikin, teleqrafin, telefonun,
radio-televiziyanin, dördüncü - mikroprosessorların, fərdi kompüterlərin,
İnternetin meydana gəlməsi ilə əlaqədardır. Bunları ümumləşdirərək qeyd etmək
olar ki, cəmiyyətin inkişafı 1) kənd təsərrüfatı (aqrar), 2) sənaye dövrlərindən keçərək informasiya mərhələsinə
daxil olmuşdur. Ona görə də informatikanın tarixi əslində dördüncü informasiya inqilabı ilə başlayir.
İnformatikanın
tarixi özünün tərkib hissəsi olan kompüterlərin yaranması və inkişaf mərhələlərini,
təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görə
inkişaf tarixi də kompüter texnikasının inkişaf tarixinə uyğundur. Həmin tarixə
qısaca nəzər salaq.
l
İlk dəfə Blez
Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır;
l
1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır;
l
1830-su ildə Çarlz Bebic (İngiltərə) praqramla işləyən hesablama maşını (analitik maşın)
yaratmağa cəhd göstmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur;
l
1930-su ildə A.Turinq
(İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir;
l XX əsrin 40-cı
illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldşteyn və A.Beris tərəfindən müasir kompüterlərin əsas iş prinsipləri verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ–da
ENİAK adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir. Məhz həmin tarix
də müasir kompüter texnikasının yaranma tarixi
hesab olunmuşdur. Elə həmin vaxtdan da başlayaraq kompüter texnikası və texnologiyası
yüksək surətlə inkişaf etməyə başlamış və aşağıdakı mərhələlərdən keçmişdir:
I nəsil (1946-1958-ci
illər) - elektron lampalı hesablama maşınları. Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu. Məs: MESM, BESM, Strela, M-3, Minsk-1, M-20 və s.
II nəsil (1958-1964-cü illər) - element bazası əsasən yarımkeçiricilərdən ibarət olan hesablama
maşınları. Onların funksional imkanları xeyli artıq idi. Məs: BESM-4, Minsk-22, Ural-14 və s.
III nəsil (1964-1972-ci illər) - element bazası mikro elektronika və inteqral sxemlərdən ibarət olan hesablama
maşınları. Bu nəslin əsasını İBM 360/370 təşkil edirdi. Onun əsasında keçmiş SSRİ-də EC EHM yaradılmışdır. Bu nəsil hesablama
maşınlarının bir nümayəndəsi də kiçik (mini) maşınlar sinfinə daxil olan ABŞ-ın RDR, VAX kompüterləri və onların SSRİ-dəki analoqu olan CM-1/2/3/4/1420 və s. maşınları idi.
IV nəsil (1972-ci ildən sonraki dövr) böyük və çox böyük inteqral sxem (BİC, SBİS) texnologiyası ilə yaradılan mikro və mini kompüterlər. Bu nəslin ayrıca sinfi fərdi kompüterlərdir(FK - PC). Onların yaradılması prinsipcə inqilabi mahiyyət kəsb edirdi. Bunlara nümunə: İBM PC 286, 386, 486, 586 və s.
Yeni və ən yeni elektron texnologiyalarına əsaslanan indiki və sonrakı kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, başqa sözlə biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verirlər. Yeni arxetikturaya və texnologiyaya malik neyrokompüterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar. İntellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompüterlərin yaradılması da yaxın gələcəyin reallığıdır.
Qeyd edək ki,
adi kompüterlərin məhsuldarlığı bəzi hallarda və sahələrdə (nüvə energetikası, kosmos, hərbi-müdafiə, seysmologiya və s.) tətbiq üçün kifayət etmədiyindən bir çox super kompüterlər də yaradılmışdır. Onlar çox baha başa gəldiyindən, dünya üzrə sayları da çox azdır və ona görədə son zamanlar virtual super kompüterlərin yaradılması istiqamətində işlər də aparılır.
Qeyd etdiyimiz kimi informatikanın inkişaf tarixi də, onun bir elm sahəsi kimi formalaşması mərhələləri də yuxarıda təhlil etdiyimiz kompüter texnikasının inkişaf tempinə uyğundur. Ona görə də 1960-cı illərdən sonrakı dövrlərdə informatika fundamental bir elm sahəsi kimi formalaşmış və bir çox yeni elmi istiqamətlərin yaranmasına səbəb olmuşdur. Bundan başqa bir çox ölkələrin ali məktəblərində informatikaya aid olan çoxlu sayda yeni ixtisaslar və fənlər tədris olunmağa başlanılmışdır.
Azərbaycanda da informatika elmi 1960-cı illərdən inkşaf etməyə başlamışdır. Məhz həmin illərdə ilk dəfə respublika Elmlər Akademiyası sistemində hesablama mərkəzi və Kibernetika İnstitutu yaradılmışdır.
1970-ci illərdən başlayaraq keçmiş SSRİ məkanında olduğu kimi respublikada bütün nazirliklərin, iri müəssisələrin hesablama mərkəzləri və avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) şöbələri yaradılmışdır.
1980-ci
illərdən başlayaraq isə Respublika üzrə “RAİS-Azərbaycan”-in yaradılması AEA-nın AİS şöbəsinə həvalə olunmuşdur. Eyni zamanda bütün nazirliklər də sahə AİS-i yaratmağa başlamışdılar. Ölkənin bir çox ali məktəblərində ADU-da, ADİU-da, ADNA-da, ATU-da informatika profilli kadrlar hazarlanmağa başlanılmışdır.
Sonrakı illərdə kompüter texnikası sahəsində baş verən dəyişikliklərə müvafiq olaraq həmin istiqamətdəki işlər get-gedə müasir formada və məzmunda davam etdirilmişdir.
Son illərdə Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın
İnformasiya Texnologiyaları İnstitutunun
yaradılması respublikada informasiya
texnologiyalarının tətbiqi ilə bağlı problemlərə, bu istiqamətdə tədqiqatlara, yüksək
ixtisaslı kadrlara olan böyük tələbatdan
irəli gəlmişdir.
İnstitutda
informasiya texnologiyalarının ən aktual problemləri tədqiq edilir, onların Azərbaycan
şəraitində istifadəsi imkanlarını öyrənilir, həmçinin yüksək ixtisaslı kadr hazırlığı
həyata keçirilir.
Hazırda respublikada
İnternet mühitində virtual iş, təhsil, elektron–kommersiya, elektron biznes və s.
kimi şəbəkə texnolgiyalarının müasir imkanları daim araşdırılır. Respublikada İKT
bazarının inkişaf perspektivləri, İC-in və
biliklər iqtisadiyyatının formalaşması məsələləri təhlil edilir, müəyyənləşdirilir,
mətnlərin avtomatlaşdırılmış maşın tərcüməsi istiqamətində elmi tədqiqat işləri görülür. İnternetin Azərbaycan
qovşaqlarının infrastrukturunun genişləndirilməsi, onların funksional imkanlarının
və səmərəliliyinin artırılması, Web texnologiyası əsasında müxtəlif təyinatlı informasiya
resurslarının yaradılması, həmçinin informasiya təhlükəsizliyinin təmin olunması
problemlərinin həlli istiqamətində məqsədyönlü işlər aparılır.
2003-cü ildə İKTMS-in qəbulu,
həmin ilin dekabrında Cenevrədə İC məsələləri üzrə Dünya Sammitinin (İCDS - WSIS)
ölkə rəhbərliyinin iştirakı, 2004-cü ildə Rabitə və İT Nazirliyinin yaradılması,
2005-ci ildə RİT üzrə Dövlət Proqramının işlənməsi, həmin ilin noyabrında Tunisdə İC məsələləri üzrə
DS-nin 2-ci hissəsində (WSIS) iştirak, kompüter texnikası istehsalı sahəsində işlərin
həyata keçirilməsi, təhsil, pensiya, vergi, gömrük, İnternetin inkişafı və s. kimi
sahələrdə bir çox iri İKT layihələrin işə başlaması, ölkədə
müntəzəm olaraq beynəlxalq səviyyəli İKT
sərgilərin, forumların, konfransların keçirilməsi, İKT-in tətbiqi sahəsində mühüm
qanun və qərarların qəbulu, İKT sahəsində mütərəqqi islahatların aparılması, ölkənin
İKT sahəsində bütün beynəlxalq tədbirlərdə iştirakı ümumilikdə informatika və
informasiya texnologiyaları elminin və sahəsinin ölkədə sürətlə inkişaf etdiyini göstərir.
"Benjamin Briel Lee hər zaman çox peşəkar idi, baş verən hər şeydən xəbərdar olurdu. Əgər suallarım varsa cavab verməyə həmişə hazır olardım. Bu mənim ilk ev alışım idi, kredit prosesi haqqında çox məlumatım yox idi, o suallarımı anlamağı çox asanlaşdırdı. Onunla işləmək çox xoşuma gəldi. "
YanıtlaSilHər hansı bir layihəni maliyyələşdirmək və ya hər hansı bir məbləği çox aşağı faizlə borc vermək istəyən bir qrup investorla işləyən bir kredit mütəxəssisi. Əlaqə Benjamin Briel Lee E-Mail: Lfdsloans@outlook.com Whats-App nömrəsi: + 1-989 -394-3740.