18 Haziran 2014 Çarşamba

QLOBAL ŞƏBƏKƏLƏR

By: Unknown On: 05:10
  • Share The Gag
  • 5.QLOBAL ŞƏBƏKƏLƏR
    (Mühazirə 5)



    5.1. Giriş                                                                                                                                
    5.2. Qlobal şəbəkənin strukturu                                                                                             
    5.3. Kommutasiya üsulları                                                                                                    
    5.4. Qlobal şəbəkələrin növləri                                                                                             
    5.5. X.25 şəbəkələri:  təyinatı və strukturu                                                                           
    5.6. Frame Relay şəbəkələri                                                                                                  

    5.7.  ATM texnologiyası



    5.1.Giriş
    Ərazi kompüter şəbəkələri də adlandırıla bilən qlobal şəbəkələr (Wide Area Networks, WAN) böyük ərazilərdə-oblast, region, dövlətlər, kontinent və ya bütün Yer kürəsində yayılmış çoxlu sayda abonentlərə xidmət etmək üçün yaradılıb. Əlaqə kanallarının uzunluğunun böyük olmasına görə qlobal şəbəkələrin qurulması böyük xərclər tələb edir, bura kabellərin və onların çəkilmə işlərinin qiyməti, kommutasiya avadanlıqlarının və kanalın lazımi keçirmə zolağını təmin edən aralıq gücləndirici qurğuların xərcləri, həmçinin böyük ərazilərdə yayılmış şəbəkə qurğularının işçi vəziyyətdə saxlanması və istismarı xərcləri də daxildir.
    Qlobal şəbəkələr adətən böyük telekommunikasiya şirkətləri tərəfindən abonentlərə pullu xidmət etmək üçün yaradılır.
    Qlobal şəbəkələrin qiymətinin baha olmasını nəzərə alaraq istənilən tip verilənləri: kompüter verilənlərini, telefon danışıqları, fakslar, teleqramlar, televiziya görüntüləri, teletekst (iki terminal arasında verilənlərin ötürülməsi), videotekst (şəbəkədə saxlanılan verilənlərin öz terminalına götürmək) və s. verilənləri ötürə bilən vahid qlobal şəbəkənin yaradılma tendensiyası meydana gəlmişdir.

    5.2.Qlobal şəbəkənin strukturu

    Qlobal hesablama şəbəkələri  müəssisədə olan və ya uzaq məsafədə yerləşən və informasiya mübadiləsinə ehtiyacı olan bütün abonentlər arasında əlaqə yaratmaq imkanına malik olmalıdır. Bunun üçün qlobal şəbəkə kompleks xidmətlər göstərməlidir.  Qlobal kompüter şəbəkəsinin ümumiləşdirilmiş  struktur sxemi  şək. 1 –də göstərilib.
    Qlobal hesablama şəbəkəsi bir biri ilə əlaqədə olan üç alt şəbəkədən ibarətdir:

    a.  Verilənləri ötürmə şəbəkəsi VÖŞ;
    b.   EHM şəbəkəsi;
     c.  Terminal şəbəkəsi.

    VÖŞ əlaqə kanalları və əlaqə qovşaqlarından ibarət olub EHM-lər arasında informasiya mübadiləsini yerinə yetirmək üçün nəzərdə tutulub; EHM və Terminal şəbəkələri  VÖŞ-lər vasitəsilə bir-biri ilə birləşdirilmiş əsas (ƏHM) və terminal (THM) EHM-lərdən ibarətdir.  Əsas EHM-lər abonent məsələlərinin həlli üçün nəzərdə tutulub. Terminal EHM-lər isə abonent kompüterlərini VÖŞ-lərə birləşdirmək üçündür.
    5.3.Kommutasiya üsulları
    İnformasiya mübadiləsini həyata keçirmək üçün abonentlər arasında əlaqə 3 üsulla yaradıla bilər:
    1. kanalların kommutasiyası;
    2. məlumatların kommutasiyası;
    3. paketlərin kommutasiyası. 
    Kanalların kommutasiyası
    Kanalların kommutasiyası abonentlər arasında fiziki kanalın ayrı-ayrı hissələrini bir-birinin ardınca qoşaraq verilənlərin birbaşa ötürülməsini təmin edir . Kanalların kommutasiyası zamanı ardıcıl birləşmə və verilənlərin ötürülməsi prosesi şəkil 2b-dəki  zaman diaqramında göstərilib.
    Burada şəkil 2a-da  göstərilən  ai  abonenti ilə  aj  abonenti  arasında əlaqənin yaradılması tələb olunur. A qovşağı  aj  abonentinin ünvanına uyğun olaraq ai abonentini B qovşağı ilə birləşdirir. Sonra birləşmənin qoşulması əməliyyatı B, C və D qovşaqları ilə təkrarlanır. Nəticədə  aivə aj abonentləri arasında birbaşa əlaqə kanalı yaranmış olur. Kommutasiyanın sonunda D qovşağı (və ya aj  abonenti) əks əlaqə siqnalı göndərir, bu siqnal qəbul edildikdən sonra ai abonenti verilənləri  aj  abonentinə ötürməyə başlayır. Verilənlərin ötürülmə vaxtı ötürülən məlumatların uzunluğundan və kanalın ötürmə sürətindən asılıdır. Şəkildəki Uqiyməti məlumatın aj  abonentinə çatdırılma  müddətini təyin edir.

    Məlumatların kommutasiyası
    Məlumatların kommutasiyası başlıq və verilənlərdən ibarət məlumatların şəbəkə qovşaqları tərəfindən təyin edilən marşrut üzrə ötürülməsi yolu ilə həyata keçirilir. Məlumatın başlığında məlumatı qəbul edəcək aj abonentinin ünvanı göstərilir. A qovşağı məlumatı göndərən ai abonenti tərəfindən generasiya olunan məlumatı qəbul edirək öz yaddaşında saxlayır. Sonra məlumatın başlığını araşdırır və onu B qovşağına aparan ötürülmə marşrutunu təyin edərək ora göndərir. B qovşağı məlumatı yaddaşında yerləşdirir və onu analoji prosedura ilə C qovşağına,  C qovşağı isə D qovşağına göndərir. Məlumatın qəbul edilməsi, araşdırılması və ötürülməsi prosesi ai abonentindən aj  abonentinə qədər marşrutda olan bütün qovşaqlarda ardıcıl təkrar olunur. U2 –nin qiyməti məlumatların kommutasiyası zamanı verilənlərin çatdırılma müddətini təyin edir.
    Paketlərin kommutasiyası
    Paketlərin kommutasiyası məlumatları  müəyyən uzunluğu olan (adətən 1024 bayt) və başlıqla təmin olunmuş məlumat elementləri –paketlərə bölmək və paketləri şəbəkə qovşaqları vasitəsilə təyin edilən marşrut üzrə ötürmək yolu ilə həyata keçirilir.
    Şəkil 2-də göstərilən diaqramların müqayisəsindən görünür ki, hər hansı bir məlumatın çatdırılma vaxtı paket kommutasiyası üsulunda ən kiçik olur.
    Hesablama şəbəkələrində paket kommutasiyası verilənlərin ötürülməsinin əsas üsuludur. Bu, paket kommutasiyası zamanı verilənlərin VÖŞ vasitəsilə ötürülməsi zamanı gecikmələrin az olmasına  və aşağıdakı səbəblərə əsaslanır .
    Birincisi, kanal kommutasiyası üsulu tələb edir ki, kanalı yaradan bütün əlaqə xətləri eyni öturmə qabiliyyətinə malik olsun, bu da VÖŞ-ün strukturuna olan tələbı sərtləşdirir. Məlumatların və paketlərin kommutasiyası isə verilənlərin istənilən ötürmə qabiliyyətli əlaqə xətləri ilə ötürülməsinə imkan verir.
    İkincisi, verilənlərin paket şəklində ötürülməsi verilənlər axınının multipleksləşdirilməsi üçün ən yaxşı şərait yaradır, yəni kanalın iş vaxtının bir neçə verilənlər axınının eyni vaxtda ötürülməsi üçün öz aralarında bölünməsini təşkil edir.
    Üçüncüsü, paketlərin kiçik ölçülü olması verilənlərin aralıq qovşaqlarda yadda saxlanılması üçün kiçik ölçülü yaddaş ayırmağa imkan verir. Bundan əlavə paketlərdən istifadə edilməsi verilənlər axınının idarə edilməsi  məsələsini də asanlaşdırır.
    Dördüncüsü, əlaqə xətləri ilə verilənlərin ötürülmə etibarlığı böyük deyil. Tipik əlaqə xətti hər bitə 10-4 – 10-6  xəta ehtimalı ilə verilənlərin ötürülməsini təmin edir. Ötürülən məlumatların uzunluğu nə qədər böyük olsa onun əngəllərlə korlanma ehtimalı  artır.
    Bütün bunlar hesablama şəbəkələrində informasiya ötürülməsi üsulu kimi  paket kommutasiyasından istifadə edilməsini vacib edir.

     5.4. Qlobal şəbəkələrin növləri

    80-cı illərdə praktiki olaraq paketlərin kommutasiyası ilə işləyən yalnız X.25- qlobal şəbəkə texnologiyasından istifadə olunurdu. Bu gün seçim xeyli artıb, X.25 şəbəkələri ilə yanaşı Frame Relay, ATM texnologiyalarından da istifadə olunur. Bununla yanaşı qlobal komputer şəbkələrində  TCP/ İP texnologiyasından da geniş istifadə olunur ki, buna İnternet şəbəkəsini misal göstərmək olar. Bu şəbəkələr haqqında qısa məlumat verək.

     5.5. X.25 şəbəkələri:  təyinatı  strukturu

    X.25 şəbəkələri bu gün  korporativ şəbəkələrin qurulması üçün istifadə olunan paket kommutasiyalı ən geniş yayılmış şəbəkələrdir. Bunun əsas səbəbi odur ki, uzun müddət X.25 şəbəkələri kommersiya tipli paket kommutasiyalı yeganə şəbəkə olub və şəbəkənin hazırlığı səviyyəsinə zəmanət verirdi. Bundan əlavə X.25 şəbəkələri etibarlı olmayan xətlərdə kanal və şəbəkə səviyyəsində səhvlərin aşkar edilməsi və korreksiyasını quran protokol hesabına yaxşı işləyir.
    X.25 şəbəkəsi  yüksək sürətli ayrılmış kanala birləşən paketlərin kommutasiyası  funksiyasını yerinə yetirən  S (Switch)- kommutatorlarından ibarətdir.
    Asinxron start-stop terminalları (T) şəbəkəyə PAD qurğuları vasitəsilə qoşulurlar. Onlar daxili və ya uzaqlaşdırılmış ola bilər. Daxili PAD adətən kommutatorun (S) içərisində yerləşir. Terminallar daxili PAD qurğusuna asinxron modemlə telefon şəbəkəsi vasitəsilə birləşirlər. Uzaqlaşdırılmış PAD kommutatora X.25 əlaqə kanalı ilə birləşən çox da böyük olmayan qurğudur. Bir PAD adətən 8, 16 və ya 24 asinxron terminala müraciəti təmin edir.
    PAD-ın  əsas funksiyasına aşağıdakılar aiddir:
    • Asinxron terminallardan alınmış simvolların paketə yığılması;
    • Paketlərdəki  verilənlərin asinxron terminallara çıxarılması;
    • X.25 şəbəkəsi üzrə lazımi komputerlərlə qoşulma-ayrılma prosedurasının idarə olunması;
    • Paketlərin dolması, gözləmə müddətinin sona çatması yarandıqda onların  ötürülməsi;
    • Və s.
    5.6.Frame Relay şəbəkələri
    Frame Relay (kadrların retranslyasiyası) 1984-cü ildə CCITT (Consultative Committle for International Telegraph and Telephone) yaradılmış və sonra ANSI(American National Standarts Institute) tərəfindən təkmilləşdirilmişdir.
    X.25 protokolundan fərqli olaraq Frame Relay daha güclü informasiya axınına malik əlaqə xətləri üçün nəzərdə tutulub ki, bu da onun daha yüksək məhsuldarlıqlını və keyfiyyətini təmin edir.
    Bundan başqa Frame Relay-ın  üstün cəhətlərindən biri də səhvlərin aşkar edilməsi üçün tsiklik-artıqlı koddan (FCS) istifadə edilməsidir. Ancaq burada həmin səhvlərin düzədilməsi mexanizmi yoxdur.
    Bayraqlar (flags) verilənləri hər iki tərəfdən məhdudlaşdırır (hərəsi 1 bayt). Öndəki bayraqdan sonra 2 baytlıq ünvan (address) sahəsi gəlir. Sonra verilənlər sahəsi gəlir – Data. Daha sonra 2 baytlıq FCS   sahəsi gəlir.
    Frame Relay həm ümumi, həm də xüsusi şəbəkələrdə istifadə edilə bilər. Bu zaman Frame Relay interfeysi olan T1 multipleksorundan istifadə edilir ki, bu da başqa interfeysləri də ona qoşmağa imkan verir ( məs.səsin ötürülməsi, videotelekonfras keçirilməsi və s.).

    5.7.ATM texnologiyası


    Müasir böyük həcmli hesablama şəbəkələrində müxtəlif növlü və sistemli kompüter və avadanlıqlardan  istifadə  edilir ki, onların  da  bir-birilə  uyğunlaşdırılması  şəbəkə  adminstratorları

    üçün çoxlu problemlər yaradır. Bu uyğunlaşmanı müəyyən dərəcədə yerinə yetirən ATM (Asynchronous Transfer Mode)  texnologiyası aşağıdakı şərtləri yerinə yetirir:
    - lokal və qlobal şəbəkələr üçün ümumi nəqliyyat protokolu;
    - hər birinin xidmət keyfiyyəti tələb olunan səviyyədə olmaqla kompüter və multimedia trafiklərini eyni nəqliyyat sistemləri çərçivəsində birləşdirmək;
    - tələbdən asılı olaraq verilənlərin ötürülməsi üçün giqabit/san sürətə malik  iyerarxik sistemin olması.
    Burada ən çətin məsələ eyni əlaqə kanalı və eyni kommunikasiya avadanlıqları istifadə etməklə kompüter və multimedia trafiklərini eyni vaxtda ötürməkdir. Bu funksiya ATM kommutatorunun köməyilə həyata keçirilir.
    Şəkildə ATM kommutatorunun köməyilə üç mənbədən (meynfreym, local şəbəkə və videokonfrans) qəbul edilən siqnalların ötürülməsi texnologiyası göstərilmişdir. Burada  ABR  (Available Bit Rate- лазымлы бит сцрятли  сервис). VBR  (Variable Bit Rate – dəyişən bit sürətli servis), CBR ( Constant Bit Rate – sabit bit sürətli servis)  ATM şəbəkəsinin müxtəlif təbiətli siqnalların ötürülməsi üçün göstərdiyi xidmət növləridir.
    ATM texnologiyasında müxtəlif təbiətli paketlər -kompüter, telefon və ya videokanal paketləri çox kiçik ölçülü paketlərə bölünərək sistemin girişinə daxil olur. Paketlərin uzunluğu 53 bayt olur, bunlardan 5 bayt başlığın uzunluğu, 48 bayt isə verilənlər olur. Belə ATM paketləri cell oyuqları adlanır. Bu paketlər böyük sürətli kanalla istifadəçiyə ötürülür. Paketin belə kiçik olması onun az vaxt ərzində ötürülməsinə imkan yaradır ki, bunun da  bir az gecikməsi ötürmə tempinin aşağı düşməsinə səbəb olmur. Məsələn, prioritetli multimedia sistemlərində onun paketləri ən pis halda 53 baytın ötürülmə vaxtı qədər gecikə bilər, bu da 155 Mb/san sürət rejimində 3 mks-yə bərabər olur ki, çıxışda bu heç hiss edilmir.
    ATM şəbəkələrində son qovşaqlar şəbəkəyə  xüsusi əlaqə xətləri vasitəsilə qoşulurlar, kommutatorlar isə öz aralarında yüksək sürətli,  tezlik sıxlaşdırma qabiliyyətli əlaqə kanalları vasitəsilə birləşirlər. Hər bir kommutator ona qoşulmuş  qovşaqların paketlərini  həmin kanallar vasitəsilə ünvanda göstərilən kommutatorlara ötürürlər. Bu əməliyyat şək. 7-də  göstərilib.

    Şəkil 7.   Kommutatorlararası əlaqə

    Bunula bərabər ATM texnologiyasında paketlərdə xidməti informasiyanın az olması üçün qlobal şəbəkə standartı kimi qəbul olunmuş virtual birləşmənin təmini prinsipi tətbiq olunur. Bu zaman nəzərdə tutulmuş axırıncı qovşağın 20 baytlıq ünvanı yalnız birinci paketdə ötürülür və əlaqə yaradılan kimi o biri paketlərdə yalnız virtual əlaqənin nömrəsi göstərilir. Ona görə də 53 baytın 5 baytı xidməti informasiya olur, onun 3 baytı (20 baytlıq ünvan əvəzinə) virtual birləşmə üçün təyin edilir. 48 bayt isə verilənlər üçün nəzərdə tutulur.
    TCP/ IP texnologiyası  əsasında işləyən, çox baha olmayan və bütün dünyanı əhatə edən INTERNET – qlobal kompüter şəbəkəsi haqqında məlumat növbəti mühazirədə təqdim olunacaqdır.

    LOKAL ŞƏBƏKƏLƏR

    By: Unknown On: 05:08
  • Share The Gag
  • LOKAL ŞƏBƏKƏLƏR
    (Mühazirə 4)

    4.1.     Giriş
    4.2.     Lokal kompüter şəbəkələrinin topologiyası
    4.3.     Lokal şəbəkələrdə istifadə olunan kabellər
    4.4.     Geniş yayılmış lokal şəbəkələr

    4.1. Giriş
    Kompüter şəbəkəsi kompüter və bu tip sistemlər (printer və s.) arasında müəyyən protokolların köməyi ilə informasiya mübadiləsinə imkan verən bir sistemdir. Kompüterlər bir-biri ilə telekommunikasiya vasitələri (kabellər, şəbəkə adapterləri, modemlər və s.) ilə birləşirlər. Protokol kompüter şəbəkəsində informasiya mübadiləsinin aparılma qaydalarını müəyyənləşdirir. Bu qaydalar alqoritmləşdirilir, proqramlaşdırılır və şəbəkə qurularkən kompüterlərə instalizasiya edilir. Kompüterlərin şəbəkə şəklində birləşdirilməsinin bir neçə əsas səbəbi vardır:
    • İstifadəçilər arasında informasiya mübadiləsinin sürətləndirilməsi;
    • İş yerini tərk etmədən məlumatların (e-mail və s.) qəbulu və ötürülməsi;
    • Lazımi informasiyanın dünyanın istənilən nöqtəsindən ani alınmasının mümkünlüyü;
    • Müxtəlif proqram təminatı altında işləyən müxtəlif firmaların istehsalı olan kompüterlər arasında informasiya mübadiləsinin mümkünlüyü;
    • və s.
    Kompüter şəbəkələri ümumi olaraq aşağıdakı kimi təsnif edilə bilər:
    1. Lokal şəbəkələr (LAN-Lokal Area Network);
    1. Qlobal şəbəkələr (WAN- Wide Area Network).
    Hər bir şəbəkənin özünə uyğun texnologiyaları, standartları və protokolları vardır. IEEE 802.x standartları lokal kompüter şəbəkələri üçün işlənilmişdir.

    4.2. Lokal kompüter şəbəkələrinin topologiyası

    Lokal kompüter şəbəkələri eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s. daxilində) qurulan şəbəkədir. Bu şəbəkələrdə kompüterlər arası məsafə adətən 1-2 km-dən çox olmur. Lokal kompüter şəbəkələri müxtəlif topologiya (struktura) üzrə qurulur.


    4.2.1. Şin topologiyası

    Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür.
    İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır. Əgər şin boş isə kompüter paketləri şinlə ötürür. Paket bir neçə hissədən:
    • informasiyanın ünvanlandığı kompüterin ünvanından;
    • informasiyanı göndərən kompüterin ünvanından;
    •  göndərilən informasiyadan;
    • xidməti sahələrdən
    ibarətdir.

    Hər bir kompüter şinlə ötürülən paketlərin ünvan hissəsinə baxır və ona ünvanlanmış paketləri özündə qeyd edir.
    Əgər iki kompüter eyni zamanda paketlərini şinə ötürərsə bu zaman şində toqquşma olur. Toqquşmaya səbəb olan kompüterlər qısa bir müddət ərzində informasiya göndərmək hüququnu itirirlər.
    Şin topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:
    • Hər hansı bir kompüterin sıradan çıxması şəbəkənin işinə təsir etmir;
    • Şəbəkəyə yeni kompüterlərin daxil edilməsi asandır;
    • Şəbəkə kartları (adapterləri) ucuzdur;
    Şin topologiyalı lokal şəbəkələrdə şinin (kabel sisteminin) etibarlılığı yüksək olmalıdır. Şin topologiyalı lokal şəbəkələr IEEE 802.3 standartı əsasında qurulurlar. Şin topologiyalı lokal şəbəkələrə nümunə olaraq Ethernet 10 BASE-2, 10 BASE-5 şəbəkələrini göstərmək olar. Burada 10 – şəbəkənin sürətini (Mbit/san) göstərir.


    4.2.2. Halqavari topologiya


    Halqavari topologiyalı lokal şəbəkələrdə hər bir kompüter (işçi stansiya) bir-biri ilə halqavari şəkildə (şək.2), yəni birinci kompüter ikinci ilə, ikinci kompüter üçüncü ilə, üçüncü kompüter dördüncü kompüter ilə və s., sonuncu kompüter isə birinci kompüterlə birləşdirilir. Nəticədə halqavari topologiya əldə edilir. Bu topologiyalı şəbəkədə məlumatlar müəyyən bir istiqamətdə (məsələn, saat əqrəbi istiqamətində) bir kompüterdən qonşu kompüterə ötürülmək şərti ilə lazımi ünvana (kompüterə) çatdırılır. Bu tip şəbəkələrdə əsasən marker prinsipindən istifadə edilir. Markeri əldə edən kompüter məlumat göndərmək hüququna malik olur. Markeri əldə etmiş kompüterin, digər kompüterlərə göndərəcəyi məlumatı var isə, bu məlumatları markerə yerləşdirərək onu paket şəklinə çevirir, məlumatın gedəcəyi ünvanı və digər lazımi informasiyaları paketə qeyd edərək, qonşu kompüterə göndərir. Paketi almış kompüter, onun ünvan hissəsinə baxır və əgər paket ona ünvanlandırılmışsa, paketi özünə qeyd edir, əks halda paketi özündən sonrakı kompüterə göndərir. Paket halqa ilə tam bir yol keçdikdən sonra paketi göndərmiş kompüter onu halqadan çıxardır və yeni paketi (əgər göndərməyə məlumatı varsa) göndərir. Əgər göndərməyə informasiya yoxsa markeri bir sonrakı kompüter göndərir. Bu tip şəbəkələrdə kompüterlərdən biri həm də monitorinq funksiyasını həyata keçirir (şəbəkə işə qoşularkən markerin generasiya edilməsi, itən markerin bərpası və s.).
    Halqavari topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:
    • Hər bir kompüter yalnız qonşu kompüterlə birbaşa bağlıdır;
    • Hər bir kompüterin məlumat göndərə bilməsi üçün ona müəyyən vaxt verilir.
    Halqavari topologiyalı lokal şəbəkələrin əsas çatışmayan cəhətləri aşağıdakılardır:
    • Hər bir kompüter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də hər hansı bir kompüterin adapterinin sıradan çıxması şəbəkənin işini pozur;
    • Şəbəkə adapteri daima işçi vəziyyətdə olmalıdır;
    Halqavari topologiyalı lokal şəbəkələr IEEE 802.5 standartı əsasında qurulurlar. Halqavari topologiyalı lokal şəbəkələrə nümunə olaraq Token Ring şəbəkəsini göstərmək olar.

    4.2.3. Ulduzvari topologiyalı lokal şəbəkələr


    Ulduzvari topologiyalı lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Hər bir kompüter mərkəzi qovşaq ilə ayrıca xətlə birləşdirilir. Kompüterlər arasında informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir.
    Mərkəzi qovşaq kimi xab, kommutator və ya xüsusi server kompüteri istifadə oluna bilər (şək.3).
    Ulduzvari topologiyalı lokal şəbəkələrin əsas üstün cəhətləri kompüterlərarası mübadilənin sadə olmasıdır. Bu şəbəkələrin çatışmayan cəhəti isə şəbəkənin etibarlılığının mərkəzi qovşağın etibarlılığından asılı olmasıdır. Ulduzvari topologiyalı lokal şəbəkəyə nümunə olaraq Ethernet 10 BASE-T, 100 BASE-T şəbəkələrini göstərmək olar. Burada 10 və 100 – şəbəkənin sürətini (Mbit/san) göstərir.
    Praktikada digər topologiyalardan da (ağacvari, qarışıq) istifadə oluna bilər.
    Bu və ya digər topologiyanın seçilməsi kompüter şəbəkəsinin tətbiq sahəsindən, kompüterlərin coğrafi yerləşməsindən və bütövlükdə şəbəkənin ölçülərindən və s. asılıdır. Bundan əlavə, lokal şəbəkənin topologiyasını seçərkən, qiymət, etibarlılıq və s. kimi vacib göstəricilərə də diqqət edilməlidir.
              Hal-hazırda kabelsiz lokal kompüter şəbəkələri də tətbiq edilir. Bu şəbəkələrdə radio modemlərdən (adapterlərdən) istifadə edilir. Bu zaman kompüterlərarası informasiya mübadiləsi kabellərlə yox, radio kanallar vasitəsi ilə həyata keçirilir.
      Son zamanlar bir bina (və ya bir otaq) içərisində mövcud elektrik şəbəkəsindən istifadə edilərək lokal kompüter şəbəkələr qurulması üçün proqram və texniki vasitələr işlənilmişdir.
    4.3. Lokal şəbəkələrdə istifadə olunan kabellər

    Lokal şəbəkələrdə aşağıdakı tip kabellər istifadə olunur:

    4.3.1. KOAKSIAL KABELLƏR

       4.3.2. BURULMUŞ CÜTLÜ KABELLƏR

    Bu kabellər kompüter şəbəkələrində istifadə olunan ən ucuz kabellərdir.

    4.3.3. Optik kabellər


    Optik kabellər vasitəsilə informasiyanın ötürülməsi üçün nazik şüşə tellərdən istifadə olunur. İnformasiya işıq dalğaları şəklində ötürülür. Optik kabellər səs və verilənlərin ötürülməsi üçün ideal kabellərdir, ancaq kifayət qədər bahalıdır, quraşdırılması çətindir. İşıq dalğalarını elektrik dalğalarına və əksinə çevirmək üçün mürəkkəb qurğudan istifadə olunur. Əsasən informasiyanın uzaq məsafəyə və geniş diapazonda ötürülməsi lazım olan yerlərdə istifadə olunur. Kənar əngəllərin təsiri praktiki olaraq yoxdur. Məlumatın yayılması sürəti saniyədə bir neçə geqabitlə (Gbit) ölçülür. Məlumat 50 km məsafəyə gücləndirilmədən ötürülə bilir. Bu tip kabellər Ethernet 100 BASE-F şəbəkələrində istifadə olunur.

    4.4. Geniş yayılmış lokal şəbəkələr

    4.4.1. Ethernet

    Ethernet lokal şəbəkələrinin əsas xarakteristikaları Cədvəl 1-də göstərilmişdir.

     Cədvəl 1

    Parametrlər
    Topologiyası
    Seqmentin maksimal uzunluğu
    Kompüterlər-arası məsafə
    Kabelin tipi
    Seqmentdə kompüterlərin
    maksimal sayı
    10 BASE 2
    Şin
    185 m
    >0.5 m
    Nazik Koaksial
    RG-58 om
    30
    10 BASE 5
    Şin
    500 m
    ‘2.5 m və
    onun misli
    Qalın Koaksial
    RG-11 om
    100
    100Base T
    Ulduz
    100 m
    100 m
    Burulmuş cütlük
    UTP 5
    Xabın girişlərinin
    sayı qədər
    100 BASE F
    Nöqtə-nöqtə
    > 1000 m
    >1000 m
    Optik
    2

    4.4.2. Token Ring lokal şəbəkəsi

    Token Ring lokal şəbəkəsində kompüterlər məntiqi olaraq halqavari şəkildə birləşdirilir.


    Şək. 4. Token Ring lokal şəbəkəsi
    Token Ring lokal şəbəkəsində informasiyanı ötürmək üçün markerdən (token) istifadə edilir. Marker içərisində yalnız xidməti məlumatlar olan bir paketdir. Markeri alan kompüter kanalı tutmuş hesab olunur, yəni öz informasiyasını göndərə bilər. İnformasiya paketlər şəklində göndərilir. Markeri alan kompüter paketini qonşu kompüterə ötürür. Paket öz ünvanına çatdıqda alıcı kompüter paketi özünə yazır, bu haqda paketdə lazımi qeydlər edir və paketi qonşu kompüterə ötürür. Paket yenidən onu göndərən kompüterə gəldikdə, o, halqadan geri alınır və yeni informasiya varsa onu göndərir. Göndəriləcək yeni informasiya yoxdursa, markeri qonşu kompüterə göndərir və proses təkrar olunur.