2 Eylül 2013 Pazartesi

Tagged Under: , ,

Nina Dobrev

By: Unknown On: 00:33
  • Share The Gag
  • Nikolina Konstantinova Dobreva (Нина Константинова Добрева) 9 yanvar 1989-cu ildə Sofiya, Bolqarıstanda doğulmuşdur. İki yaşında ailəsiylə birlikdə Kanadada yaşamağa başlamışlar. Atası kompyuter mütəxəssisidir. Anası isə sənətçidir. Mühəndislik oxuyan Alexander adında böyük qardaşı vardır.

    Nina 
    Scarborough,Ontario'da J. B. Tyrrell Sr. Public School'da oxumuşdur. Wexford Collegiate School for the Arts'dan məzun olmuşdur. Daha sonra Dean Armstrong Acting School oxumuşdur. Nina çox gənc yaşdan rəqs , gimnastika , musiqi , aktrisalıq və digər sahələrdə bacarığını göstərmişdir. Nina Aesthetic Group Gymnastics'də Kanadanı təmsil etmişdir. 2005'də Kopenhagendə gerçəkləşən Senior World Championshipse və Plzeň'də gerçəkləşən Junior World Championships müsabiqələrinə qatılmışdır.

    Nina sərbəst şəkildə Bolqar , İngilis və Fransız dillərində danışa bilir.


    Modellik işləri , reklamlarda oynadığı müddətdə özünü aktrisa seçmələrində tapan Nina , bir müddət sonra 
    Fugitive PiecesAway from HerNever Cry Werewolf və serial Degrassi: The Next Generation da oynadı. Daha sonra The American Mall adlı Amerikanın CTV kanalında göstərilən bir MTV filmində də oynadı.
    Hazırda isə The CW kanalında göstərilən The Vampire Diaries serialında iki rolu birdən (Başrol Elena Gilbert və görsəl əkizi Katherine Pierce) oynayır.
    The Vampire Diaries serialı Ninanın həyatını tamamiylə dəyişdirmiş və onu dünyaca məşhur aktrisa etmişdir. Buna əsas səbəb rolunu çox gözəl oynamasıdır. Əgər izləməmisinizsə , sizə The Vampire Diaries serialını izləməyi məsləhət bilirəm. Nina The Vampire Diaries serialı ilə bir çox mükafata layiq görülmüşdür.

    Nina Dobrev rəsmi linklər:

    Noteaz.Com Nina Dobrev

    İmdb

    Facebook

    Twitter

    Siz saytda Nina Dobrev yazaraq axtarış edə bilərsiniz.



    0 yorum:

    Yorum Gönder