15 Kasım 2015 Pazar

Tagged Under: , , , , , , , , , ,

Bizim əsl səsimizdir hansıdır ?

By: Unknown On: 09:09
  • Share The Gag
  • Öz səsini səs yazısından dinləyərkən fərq olduğunu yəqin hamı duyub. Hər kəs öz səsini özü canlı eşitdiyi kimi, başqaları isə səs yazısında olduğu kimi eşidir. Sual oluna bilər, bunlardan hansı bizim əsl səsimizdir: özümüz danışarkən eşitdiyimiz, ya səsyazma qurğularının yazdığı?
    Cavab: səsyazma qurğularının yazdığı. Özündən başqa hamı səni məhz həmin (əsl) səslə eşidir. Burda “öz səs” və “əsl səs” anlayşlarını fərqləndirmək lazım gəlir.
    Məsələ ondadır ki, öz səsi daxili qulaq iki yolla qəbul edir:
    1) səs dalğalarının qulaq təbilinə təmasından (xarici eşitmə);
    2) baş toxumalarının daxili qulaqla təmasından (daxili eşitmə). Məsələn, şiddətli həyəcan hallarında adama elə gəlir ki, ürəyinin döyüntülərini eşidir. Sanki, ürək qulağın içində guppuldayır. Bu, daxili eşitmədir. Danışan zaman hər kəs öz səsini bu iki üsulun birgə çalışması sayəsində eşidir. Daxili eşitmə aşağı tezlikli səsləri gücləndirdiyi üçün fərq yaranır. Buna görə hər kəs öz səsini bir cür, başqaları onun səsini başqa cür (əslində olanı) eşidir.
    Başqalarının səsini yalnız xarici eşitmə ilə qəbul edirik. Buna görə, istər canlı dinlədikdə, istər səs yazısından eşitdikdə əksər adamların səsində çox fərq hiss etmirik. Bəzi adamlar üçün fərq çox hiss olunandır, bu da onların səsinin xüsusi parametrlərə sahib olmasına görədir.
    Biryumurta ekizlərinin səsləri tamama yaxın eyni olduğuna görə onların hər biri əsl səsini əkiz tayının ifasında canlı olaraq eşidir.

    0 yorum:

    Yorum Gönder