15 Kasım 2015 Pazar

Tagged Under: , , , , , , ,

Sürpriz effekti

By: Unknown On: 09:26
  • Share The Gag
  • Sürpriz effekti

    2001-ci ildə Greqori Berns başda olmaqla bir qrup tədqiqatçı insan beyninin gözlənilən və gözlənilməz həzzə necə reaksiya verdiyini araşdırmaq üçün yoxlama apardılar. Sınaq olunan adamların ağzına nazik boru birləşdirilmişdi. Bir halda onlara deyirdilər ki, indi bu boru ilə sizə meyvə şirəsi veriləcək. Bundan sonra meyvə şirəsi buraxılır və beyinin necə reaksiya verməsi skaner olunurdu. Şirə qəbul olunan anda beyini zolaqlı cismində oyanma müşahidə olunur. Beynin bu hissəsi müsbət stimulları (mükafat, kompliment, dadlı yemək və s.) cavablandırır.
    İkinci halda adamlar meyvə şirəsi olacağını bilmirdilər. Dadlı meyvə şirəsi onlara gözlənilmədən verildikdə beyinin həmin sahəsində çox daha yüksək aktivlik qeydə alındı. Adamların birinic halla müqayisədə bu halda daha məmnun olduğu onların mimikalarından da hiss olunurdu.
    Hər kəsin təcrübədən bildiyi kimi, məsələn, çoxdan geymədiyi paltarın cibində yaddan çıxıb qalmış pul tapanda adam bərk sevincək olur. Sürprizlər beyində elə güclü oyanmalar yaradır ki, onlar əlaqədar nəsnələrə münasibəti kökündən dəyişə bilir. Məsələn, nifrət edilən adam çox çətin vəziyyətinizdə gözlənilmədən yardım edərsə, bu halda yaranan pozitiv hislər həmin adama qarşı nifrət hissini yox edə bilər. Bu təzahürün tərs üzü də var. Hörmət bəslədiyin bir adam gözlənilməz halda elə neqativ hərəkət edər ki, ona olan hörmət hissi bir anda yox olar.
    Sürpriz effektinə nail olmaq üçün adamlar yaxşı işlərin gözlənilməz olmasına çalışırlar. Pis şeylərin gözlənməz olmasından qaçmaq üçün, məsələn, adama pis bir xəbər verəndə onu bu xəbərə hazırlamaq lazım gəlir. Xəyanət də bu səbəbdən dəhşətlidir, çünki gözləmədiyi halda aldığı zərbədir.
    Sürpriz effketi izah edir ki, nədən ayın sonunda maaş almaq adamlar üçün bir o qədər sevindirci deyil, lakin gün ərzində təsadüfi bir müştəriyə göstərilən xidmətə görə 3-5 manat şirinlik aldıqda daha çox sevinirlər.

    0 yorum:

    Yorum Gönder