15 Kasım 2015 Pazar

Tagged Under: , , , , , , ,

Musiqinin canlılara təsiri

By: Unknown On: 09:13
  • Share The Gag
  • Musiqinin və onun növlərinin insanlara, habelə heyvan və bitkilərə necə təsir göstərməsiylə bağlı çox sayda araşdırmalar aparılıb, geniş biliklər mövcuddur. Eksperimentdə tələbələrdən bir qrupuna 2 saat ərzində kədərli musiqilər, digər qrupa eyni vaxtda şən ritmik musiqilər dinlədildi və sonra onların davranışı müşahidə edildi. Birinci qrup tələbələr seans sonrası əzgin vəziyyətə düşdükləri halda, ikincilər enerjili görünürdülər. Bunun neyroloji izahı belədir ki, sağlam orqanizmdə iki yüzdən çox ritmik proses var. Onlar hamısı sinir sistemi ilə əlaqəlidi, vahid orkestr kimi harmonik çalışırlar. Ağır ritmli, kədərli melodiyalara xeyli müddət qulaq asdıqda orqanizm ritmdən düşür, daha doğrusu orqanizmin prosessual ritmləri kədəli musiqini ritminə sinxronlaşmağa meyl edir. Nəticədə adam əzgin vəziyyətə düşür. Əksinə, şən ritmli mahnılar orqanizmdə prosessual ritmləri yüksəldir, bədəndə enerji dövriyyəsi yüksəlir, gümrahlıq müşahidə olunur.
    --Aylarca kədərli musiqilər dinlədikdə bədəndə ritm zəifliyi xroniki hal alır. Belə adamarda pessimist meyllər, depressiya zəmini yaranır. Eyni düşgünlük kədərli poeziya, nəsr, depressiv filmlər və sairəyə də aiddir.
    --Kulturoloqlar müəyyən ediblər ki, fərqli mədəniyyətlərdə hansı növ musiqilərin üstünlük təşil etməsi ilə əhalinin ictimai aktivliyi arasında əlaqə var. Kədərli musiqilərin üstün olması həmin cəmiyyətlərin süstlüyü, mütiliyi ilə müşayiət olunur. Belə mədəniyyətlərdə təksə musiqidə deyil, nəsrdə, poeziyada, incəsənətdə kədərli motivlər üstünlük təşkil edir. Şer yazanlar, musiqi bəstəçiləri və başqaları cəmiyyətin təlabatına uyğun olaraq daha çox dramatik yaradıcılığa üstünlük verirlər. Buna görə, həmin mədəniyyətlərin dirçəlməsi üçün ədəbiyyat və incəsənətdə pozitiv ruhun önə çıxarılması vacib sayılır.
    --Avtoritar idarəçilər idarə olunanları ölgün ruhda saxlamaq üçün bir qayda olaraq repressiv ruhlu yaradıcılığın təbliğ olunmasına maraq göstərirlər. Bu cür poeziya, musiqi və sairə öz növündən narkotikdir.

    0 yorum:

    Yorum Gönder