Bu möcüzəli yerin enerjisi, qeyri-adi gözəlliyi onu seyr etməyə gələn hər bir insanı özünə heyran qoyur.
Başdan-başa qaya parçaları ilə əhatə olunan bu qeyri adi meşə Çinin Yunnan vilayətində, Kunmin-dən( vilayətin paytaxtı) 130 kilometr uzaqlıqda yerləşir. Həmin meşənin adı “Shilin” dir və çin dilindən tərcümədə “Daş meşə” mənasını bildirir.
Nəhəng qayalar hündürlüyü və nazikliyinə görə daşa çevrilmiş ağacları xatırladır. Məhz buna görə də “Shilin”ə daxil olduqda özünüzü ağacların belə daş şəklində olduğu - bir sözlə hər şeyin mümkün olduğu Çin əfsanələri aləmində hiss edəcəksiniz.
"Daş meşə" həqiqəqətən də, nağıllar aləminə sanki bir giriş qapısıdır. Nəhəng qayalar təsəvvürünüzdə sehrli qəsrlər, ağac, heyvan, quş və hətta insan şəklində canlanacaq.
Alimlərin apardıqları çoxsaylı araşdırmalardan sonra gəldikləri nəticəyə görə “Daş meşə” 250 milyon il bundan əvvəl yaranıb. Həmin vaxtlar bu yerdə dibində lay-lay əhəng toplanan dəniz yerləşirdi. Dəniz qurumağa başladıqdan sonra əhəngdən yaranan hündür daşlar suyun üzərinə çıxmağa başladı. Uzaqlaşan dəniz suyu, əsən küləklər və zaman həmin daşlara indiki formanı verən 3 əsas memar sayılır.
"Shilin" meşəsinin ümumi sahəsi 350 km2-dir. O 7 hissəyə ayrılıb: Böyük və kiçik daş meşələr, "Naigu" daş meşəsi, Kvifenq mağarası, "Jiyun" mağarası, Ay gölü, Uzun göl, "Da Dieshui" şəlalələri.
Bu möcüzəvi yer ilə bağlı çoxsaylı əfsanələr mövcuddur. Onlardan ən məşhuruna görə daş meşəni öz xalqı üçün bənd tikdirmək istəyən div yaradıb. Gecə həmin div sehrbazdan oğurlanan xüsusi alətlər vasitəsilə nəhəng daşları hərəkətə gətirməyə başladı. Lakin günəş ilk şəfəqlərini saçmağa başlayan kimi alətlər sehrli gücünu itirdi və daş nəhənglər əsrlər uzunu bütün vadi boyu səpələnmiş şəkildə qalmağa məcbur oldu.
Sonda da belə bir sual verək, bəs siz "Shilin"də olmaq istəyərdinizmi ?
16 Eylül 2015 Çarşamba
Tagged Under: China, Çinin birinci möcüzəsi "Shilin" (Daş meşə), Daş meşə, Kəşf, Shilin, Shilin mocuze
Çinin birinci möcüzəsi "Shilin" (Daş meşə)
By:
Unknown
On: 03:35
Kaydol:
Kayıt Yorumları (Atom)
0 yorum:
Yorum Gönder